«AzRe Təkrarsığorta» nizamnamə kapitalını artırır

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını artırır
# 11 noyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzRe Təkrarsığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 17,5 min manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 35 mln. manat təşkil edir. Emissiya «AzRe Təkrarsığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 12,9 min manat olan 2 min ədəd və 25,8 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkətinin nizamnamə kapitalı 35,6% artaraq 35 mln. manata çatacaq.

Xatırladırıq ki, Azərbaycan sığorta bazarının ilk milli təkrarsığorta şirkəti olan «AzRe Təkrarsığorta» ASC 2007-ci ilin noyabrından fəaliyyətə başlayıb. Hazırda şirkətin nizamnamə kapitalı 25,8 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR