Azərbaycanın strateji ehtiyatları 40 mlrd. dollara çatıb

Azərbaycanın strateji ehtiyatları 40 mlrd. dollara çatıb
# 11 noyabr 2011 14:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın yanvar-sentyabr ayları üzrə Pul siyasəti İcmalında deyilir.

İcmala əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat dövründə 8,4% artaraq 7 mlrd. dollara çatıb ki, bu da 6 aylıq mal və xidmət idxalına bəraərdir.

Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65%-ə yaxındır ki, bu da 2010-cu ilin sonuna olan göstəricidən 7 faiz bəndi çoxdur. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını əhəmiyyətli şəkildə azaldan amildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR