“AtaHoldinq”in mini-futbol komandası ilk beynəlxalq yoldaşlıq görüşünü keçirib

“AtaHoldinq”in mini-futbol komandası ilk  beynəlxalq yoldaşlıq görüşünü keçirib
# 15 noyabr 2011 07:59 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın “AtaHoldinq” ASC futbol üzrə ilk beynəlxalq yoldaşlıq görüşünü Şərqi Avropada və Rusiyada neft-kimya sənayesinin lideri olan “Sibur Holdinq” ilə keçirib.

“AtaHoldinq”dən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 13-də “Excelsior Hotel Baku” mehmanxanasının futbol meydançasında iki holdinqin komandaları arasında mini-futbol matçı keçirilib.

Komandaların qızğın mübarizəsi ilə yadda qalan yoldaşlıq oyunu 5:5 hesabı ilə başa çatıb. Oyunun sonunda komandalara kuboklar və hədiyyələr təqdim olunub. Rusiya komandasına kuboku “AtaHoldinq” ASC-nin İdarə Heyətinin sədr müavini Adıgözəl Ağayev, Azərbaycan komandasına isə “AtaBank” ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayev təqdim ediblər.
“AtaHoldinq” ASC-nin İdarə Heyətinin sədri Fərid Əsədov bildirib ki, bundan sonra “AtaHoldinq” komandası ayrı-ayrı ölkələrin qabaqcıl şirkətlərinin komandaları ilə belə görüşləri davam etdirmək niyyətindədir: “Məqsədimiz yoldaşlıq oyunları zamanı qazanılan dostluğu sonradan biznes sahəsində davam etdirməkdir. Digər tərəfdən, bu tədbirlər ölkəmizin və holdinqimizin dünyada daha da tanıdılmasına, imiclərinin artırılmasına xidmət edir”.

“Sibur Holdinq”in baş direktoru Dmitri Konov isə Azərbaycanın qabaqcıl holdinqinin komandası ilə oynamağın çox xoş təsir bağışladığını vurğulayıb: “Yoldaşlıq görüşü bizim Azərbaycandakı dostlarımızın sayını xeyli çoxaltdı. Komandanın oyunçuları işlərində olduğu kimi, oyunda da peşəkarlıq nümayiş etdirdilər. Həm də Azərbaycan, onun paytaxtı Bakı ilə yaxından tanış olduq, milli iqtisadiyyatda yüksəliş və çoxlu sayda yeni maraqlı layihələrin həyata keçirildiyini müşahidə etdik. Gələcəkdə dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid edirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR