«Azərpoçt» bankomat şəbəkəsini genişləndirir

«Azərpoçt» bankomat şəbəkəsini genişləndirir
# 16 noyabr 2011 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC bu ilin sonunadək ölkə üzrə 30 ədəd bankomat (ATM) quraşdıracaq.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Azərpoçt» banklarla rəqabətdə geniş imkanlara malik olan müəssisədir və bu imkanlardan yararlanmaq məqsədilə konkret işlərə başlayıb. Şirkət öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir.

Mərkəzi poçt, 33, 73, 63 və 2 saylı poçt şöbələrində qurulan bankomatların davamı olaraq regionlarda da müvafiq tədbirlərin həyata keçirilməsinə başlayıb. Hələlik ilkin olaraq ən böyük şəhər, rayon mərkəzi və texniki imkanı olan ucqar dağ kəndləri hədəf götürülüb. Cari ilin sonunadək ölkədə «Azərpoçt»a məxsus olan 30-a qədər ATM-in quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, «Azərpoçt» MMC-nin tabe müəssisələrinin 900-ə yaxın əməkdaşı əmək haqlarını plastik kartlarla alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR