Millət vəkili Əli Məsimli: «Prezidentin SSRİ-dən qalmış əmanətlərin qaytarılması ilə bağlı 2005-ci ildəki sərəncamı hələ də yerinə yetirilməyib»
19 noyabr 2011 11:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Əli Məsimli deyib.
Ə.Məsimli qeyd edib ki, 2008-ci il may ayının 15-də «Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında» qanun layihəsini hazırlayaraq, Milli Məclisə təqdim edib: «2005-ci ildə isə Azərbaycan prezidentinin «Sovet dövründən qalma əmanətlərin indeksləşdirilməsi barədə» sərəncamı olub, hökumət bununla bağlı komissiya yaradıb. Həmin komissiyaya qanun layihəsinin hazırlanması və əmanətlərin qaytarılmasının mexanizmlərinin müəyyənləşdirilməsi ilə bağlı üç ay vaxt verilib. Lakin 2005-ci ildə verilən həmin sərəncam indiyə qədər yerinə yetirilməyib, layihə və mexanizmi hazırlamalı olan şəxslər isə günahı Milli Məclisin üstünə atırlar».
Ə.Məsimlinin sözlərinə görə, seçkidən-seçkiyə, dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılanda, hökumətin hesabatı zamanı bu məsələ mütəmadi olaraq ortaya atılır: «Mən 2 milyon əmanətçinin hüquqlarını müdafiə etmək məqsədilə qanun layihəsi hazırlamışam. Baxmayaraq ki, bunu mən yox, hökumətin yaratdığı komissiya hazırlamalı idi. Qanun layihəsinin olduğu haqda dəfələrlə mətbuatda məlumat verilsə də, onlar bunu eşitmirlər. Barələrində səslənən xırda fikir haqda isə bir dəqiqə sonra məlumatlı olurlar. İki milyon Azərbaycan vətəndaşına aid olan qanun layihəsi haqqında xəbərləri yoxdur? Əlbəttə xəbərdardırlar. Sadəcə, maraqları dairəsində olmadığından fikir vermirlər. Yaxşı olar ki, prezidentin sərəncamına uyğun olaraq, komissiya öz işi ilə məşğul olsun, qanun layihəsini masanın üzərinə qoyub, problemi həll etsin».

Maliyyə
İqtisadi Şurada 2025-ci ilin dövlət və icmal büdcələrinin layihələri müzakirə edilib
17:01
11 sentyabr 2024
Azərbaycanda ətin qiymətinin optimallaşdırılmasına mane olan amillər açıqlanıb
14:50
11 sentyabr 2024
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 900 mln. manata yaxın artıb
13:40
11 sentyabr 2024
Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib
12:22
11 sentyabr 2024