Yunanıstan özəl kreditorları ödənişlər üzrə defolt elan etməklə hədələyib
07 mart 2012 11:34 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan ölkənin dövlət borcunun restrukturizasiyasında iştirak etməyən özəl kreditorları ödənişlər üzrə defolt elan etməklə hədələyib.
“APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, hökumət bəyan edib ki, proqram çərçivəsində Yunanıstanın istiqrazlarını dəyişməyən investorlar üçün fondları əlçatan etməyəcək.
Fevralın 21-də avrozona üzvləri tərəfindən razılaşdırılan yeni maliyyə yardımı proqramına əsasən, özəl kreditorlar Yunanıstanın 206 mlrd. avro həcmində olan dövlət borcunun yarısını silməyə razılaşıblar. Bundan başqa, Afina 130 mlrd. avro həcmində daha bir anti-böhran krediti alacaq.
Yunanıstanın dövlət borcunun yarıbayarı azaldılması üçün restrukturizasiya proqramında özəl kreditorların 95%-i iştirak etməlidir. İstiqraz ödənişləri üzrə defolt təhlükəsi isə investorların 14%-ni əhatə edə bilər.
İnvestorların Yunanıstanın dövlət borcunun yarısının silinməsini və istiqrazlarla mübadilə proqramını bəyənməsi üçün son müddət cümə axşamına - martın 8-nə təsadüf edəcək.

Maliyyə
Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib
17:23
13 sentyabr 2024
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb
16:35
13 sentyabr 2024
Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb
16:32
13 sentyabr 2024
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19 faizə qaldırıb
14:40
13 sentyabr 2024