«Bank of Baku» yeni kredit kampaniyası keçirir

«Bank of Baku» yeni kredit kampaniyası keçirir
# 09 mart 2012 09:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC yeni güzəştli kreditlər proqramı təqdim edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 9-dan etibarən «Bank of Baku» ayda cəmi 50 manat ödəməklə 1 000 manat, 100 manat ödəməklə 2 000 manat, 250 manat ödəməklə isə 5 000 manat məbləğində pul kreditləri təklif edir. Həmçinin, yeni müştərilər üçün 2 000 manata, təkrar müştərilər üçün isə 3 000 manatadək kreditə zamin tələb olunmur.

Aksiya çərçivəsində hazırda «Bank of Baku»da cari krediti olan şəxslər də bu kampaniyadan bəhrələnə bilər. Bundan başqa, kredit müştərinin müraciət etdiyi gün ayrılır.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. «Bank of Baku» istənilən sualı on-line rejimdə də cavablandırır. Bunun üçün «Bank of Baku»nun www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR