«Dəmirbank» bayram günlərində xüsusi qrafiklə işləyəcək

«Dəmirbank» bayram günlərində xüsusi qrafiklə işləyəcək
# 19 mart 2012 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin bir sıra filiaları Novruz bayramı günlərində müştərilərə xidmət göstərəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 23-də Əməliyyat İdarəsi, Mərkəz, İçərişəhər, Binəqədi, Nərimanov, Nizami, Yasamal, Bakıxanov, Bayıl, Nəsimi, Sumqayıt, Sabirabad, Şamaxı, Lənkəran, Masallı, İmişli, Quba, Qusar, Şəki, Zaqatala, Ağdaş, Göyçay, Gəncə və Bərdə filialları, martın 24-də isə Xəzər filialı saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcək.

Bu tarixlərdə «Dəmirbank»ın filiallarında əhali hesaba mədaxil, təcili pul köçürmələri, kredit ödənişləri, kommunal, rabitə və sair ödənişlər edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR