BVF rəhbəri: Dünya iqtisadiyyatı uçurumun kənarından uzaqlaşıb

BVF rəhbəri: Dünya iqtisadiyyatı uçurumun kənarından uzaqlaşıb
# 19 mart 2012 08:04 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya iqtisadiyyatı uçurumun kənarından uzaqlaşıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard çıxış edib.

Onun sözlərinə görə, avrozonada və ABŞ-da bərpa əlamətləri özünü göstərir, amma inkişaf etmiş ölkələrdə dövlət borcunun yüksək səviyyəsi və enerjidaşıyıcılarının qiymətinin artması əsas risk faktorları olaraq qalır.

“Dünya iqtisadiyyatı bərpa yolunda ola bilər, amma səhv etmək hüququ yoxdur və manevr məkanı kifayət qədər məhduddur” - deyə K.Laqard bildirib.

ABŞ-da makroiqtisadi göstəricilərin yaxşılaşmasına və Yunanıstanın borc böhranı ilə mübarizədə Avropanın səylərinə diqqəti cəlb edən BVF rəhbəri beynəlxalq ictimaiyyətin böhranla mübarizə kursunu düzgün müəyyənləşdirdiyini vurğulayıb: “Birgə səylər nəticəsində dünya iqtisadiyyatı uçurumun kənarından uzaqlaşıb. Bununla belə, həll olunmalı bir sıra irimiqyaslı iqtisadi və maliyyə problemləri mövcuddur. Ona görə də inkişaf etmiş ölkələr balanslaşdırılmış vergi siyasəti, maliyyə sektorunda islahatlar, eləcə də struktur və institusional islahatları davam etdirməlidirlər. İnkişaf etməkdə olan ölkələr isə yüksək iqtisadi artım templərini qorumalıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR