Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 19 mart 2012 11:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2012-ci ilin fevral ayı üzrə 96,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvarla müqayisədə 3,5 faiz bəndi çoxdur.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin artması mal qalıqlarının artım tempinin yüksəlməsini göstərir, onun 100%-dən az olması isə mal qalığının əvvəlki ayla müqayisədə azalmasını əks etdirir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2012-ci il fevralın 1-nə 192,4 mln. manat, martın 1-nə isə 185,5 mln. manat olub.

Sözügedən indeksin 100-dən aşağı olması və beləliklə, aylıq müqayisədə mal qalıqlarının azalması - müsbət göstəricidir və əhalinin alıcılıq qabiliyyətinin və pərakəndə tələbatın artmasını əks etdirir. Lakin eyni zamanda bu, pərakəndə ticarət obyektlərinin mal ilə təchizatının zəifləməsinin də nəticəsi ola bilər. Belə ki, fevral ayında pərakəndə ticarətin 1,257 mlrd. manat, yanvarda isə 1,360 mlrd. manat olduğunu nəzərə alsaq, mal ehtiyatlarının azalmasını məhz pərakəndə ticarət obyektlərinin mal ilə təchizatının zəifləməsi ilə izah etmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR