«Xalq Sığorta» nizamnamə kapitalını artırır

«Xalq Sığorta» nizamnamə kapitalını artırır
# 19 mart 2012 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3,75 manat, sayı 7,390 mln. ədəd, emissiyanın ümumi həcmi isə 27 712 500 manat təşkil edir. Emissiya «Xalq Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 3,16 manat olan 7,390 mln. ədəd və 23 352 400 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 18,7% artaraq 27 712 500 manata çatacaq.

Xatırladaq ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 23 352 400 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR