Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri bu il 16 mln. manat artıb

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri bu il 16 mln. manat artıb
# 19 mart 2012 15:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-fevral aylarında əhalinin Azərbaycan Beynəlxalq Bankındakı (ABB) əmanətlərin ümumi həcmi 15,7 mln. manat artıb.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin martın 1-ə əhalinin bankda saxlanılan əmanətlərinin həcmi 984,703 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR