Avropa Mərkəzi Bankının rəhbəri: «Avropada vəziyyət ABŞ-dan yaxşıdır»

Avropa Mərkəzi Bankının rəhbəri: «Avropada vəziyyət ABŞ-dan yaxşıdır»
# 23 mart 2012 14:53 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonada iqtisadi böhranın ən pis dövrü arxada qalıb və Avropada vəziyyət sabitləşir. «APA-Economics»in məlumatına görə, bu barədə Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi «Bild» qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, inflyasiya və büdcə kəsiri kimi iqtisadi göstəricilər göstərib ki, Avropada vəziyyət ABŞ-dakından daha yaxşı olmaqdadır.

Qeyd edək ki, son araşdırmalar Avropa ölkələrinin iqtisadi cəhətdən zəifləməsi təhlükəsinin olduğunu göstərib. M.Draqi etiraf edib ki, ötən payızda vəziyyət doğrudan da böhran həddində olub: «Bu, bankların çökməsinə səbəb ola, müəssisələr isə müflisləşə bilərdi».

Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyada aparılan tədqiqatlar göstərib ki, mart ayında ölkədə istehsal aktivliyi aşağı düşüb. Bu, bütün avrozonada kəskin enməyə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR