«ABB-Moskva» pul köçürmələri üzrə komisyon haqqını azaldıb

«ABB-Moskva» pul köçürmələri üzrə komisyon haqqını azaldıb
# 27 mart 2012 13:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva» Rusiyadan Azərbaycana pul köçürmələri üzrə komisyon haqqını endirib. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, aprelin 10-dək dava edəcək bu aksiya çərçivəsində komisyon haqqı 2 dəfə azaldılaraq köçürmənin 0,5%-i həddinə qədər endirilib.

Aksiya bankın Moskvada, Moskva vilayətində, Sankt-Peterburqda və Yekaterinburqda olan bölmələrə şamil edilir. Bundan başqa, bankın «IBA-Express» hesablaşma şəbəkəsi ilə köçürmələr həyata keçirən şəxslər «MasterCard» plastik kartlarını güzəştli şərtlərlə əldə edə bilərlər. Bu şəbəkə ilə köçürmələr üzrə komisyon haqları dollar və avroda 500 dollara və ya avroya qədər 3 dollar/avro, 501-500 min dollar/avro üçün 0,5%, Rusiya rublu üzrə 25 minə qədər 90 rubl, 25 001 rubldan 25 mln-a qədər 0,5% təşkil edəcək.

Qeyd edilir ki, bu sistem üzrə 1 000 dollar/avro və ya 30 min rubla qədər edilən birdəfəlik köçürmələr həyata keçirən şəxslər «MasterCard Maestro», bu miqdardan artıq olan köçürmələr edənlər isə «MasterCard Standard» kartlarını komisyon haqqı və ilkin ödəniş olmadan əldə edə biləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR