Kanada hökuməti anti-böhran büdcəsini açıqlayıb

Kanada hökuməti anti-böhran büdcəsini açıqlayıb
# 30 mart 2012 10:12 (UTC +04:00)
Bakı - APA-Economics. Kanada hökuməti yeni anti-böhran büdcəsini təqdim edib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, 2014-2015-ci illərdə ölkə xərclərini 5,2 mlrd. dollar azaldacaq və bununla da büdcə kəsirini ləğv edəcək.

Bu nəticələrin əldə olunması üçün hökumət pensiya yaşını 65-dən 67-yə qaldırmaq və büdcədən maliyyələşən 19,2 min iş yerini ixtisar etmək məcburiyyətində qalıb.

Yeni büdcəni təqdim edən Kanadanın maliyyə naziri Cim Flaerti bildirib ki, pensiya yaşının artırılması adamları çox işləməyə məcbur edəcək, büdcə xərclərini azaltmağa imkan verəcək. Belə ki, hökumət hər bir təqaüdçüyə ildə 6 min dollar pensiya verir.

Qeyd edək ki, Kanadada pensiya yaşının artırılması proqramına 2023-cü ildə start veriləcək və 2029-cu ildə tam başa çatdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR