Azərbaycan Hesablama Palatası idman məktəblərini yoxlayacaq

Azərbaycan Hesablama Palatası idman məktəblərini yoxlayacaq
# 30 mart 2012 12:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun Bərdə və İmişli rayon şöbələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrası üzrə yoxlamaları yekunlaşdırıb. «APA-Economics»in məlumatına görə, Palatanın kollegiya iclasında bu qurumlarda aparılan auditin nəticələri barədə rəy və hesabatlar müzakirə edilərək təsdiq olunub, kollegiya iclasının qərarları barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

İclasda həmçinin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Ağdam rayon İcra Hakimiyyətinə Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadəyə, dövlət büdcəsinin «Təhsil» bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərinə, Uşaq-Gənclər Futbol Məktəbinə, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinə və Estetik Tərbiyə üzrə Respublika Metodik Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına dair audit audit proqramları da təsdiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR