Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib
# 22 may 2012 10:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Milli Məclisi «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti işçilərinin maddi təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Dəyişikliyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR