Səfir: “Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 60% artıb”

Səfir: “Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 60% artıb”
# 01 iyun 2012 09:00 (UTC +04:00)
APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbərinə görə, mərasimdə çıxış edən səfir Vladimir Doroxin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə 60% artıb: “Rusiya statistikasına görə ötən il ticarət dövriyyəsinin həcmi 3 mlrd. dollar, Azərbaycan statistikasına görə 2,8 mlrd. dollar təşkil edib. Bu, Azərbaycan-Rusiya münasibətlərinin tarixində rekord göstəricidir”.

Səfir qeyd edib ki, Rusiya qeyri-neft sektorunda Azərbaycanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır: “3 mlrd. dollarlıq ticarət dövriyyəsi minlərlə iş yeri, milyonlarla insanın sabit gəliri, büdcəyə əhəmiyyətli köçürmələr, iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi bazasının möhkəmlənməsi deməkdir”.

Perspektivlər haqqında söz açan V.Doroxin regionlararası əməkdaşlıqda istifadə olunmamış böyük potensialın olduğunu vurğulayaraq, Azərbaycan investorlarının Rusiya bazarında aktivləşməsini müsbət dəyərləndirib və onlara bu fəallığı qoruyub saxlamağı tövsiyə edib.

Qeyd edək ki, tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin, Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin və başqa şəxslər iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR