“Deutsche Bank”ın rəhbəri istefa verib

“Deutsche Bank”ın rəhbəri istefa verib
# 01 iyun 2012 10:54 (UTC +04:00)
Bakı - APA-Economics. On ildir Almaniyanın “Deutsche Bank”ına rəhbərlik edən Yozef Akkerman istefa verib.

APA-Economics”in Almaniya mətbuatına istinadən xəbərinə görə, Y.Akkerman bankın idarəçiliyini Anş Ceynə və Yurgen Fitşenə təhvil verib.

O, “Deutsche Bank”ın daha da güclənməsi üçün bu addımı atdığını və varislərinə inandığını bildirib.

Qeyd edək ki, məhz Y.Akkermanın fəaliyyəti sayəsində “Deutsche Bank” Avropa maliyyə bazarının aparıcı iştirakçılarından birinə çevrilib. O, bankı 2008-ci ilin qlobal böhranından ciddi itki olmadan çıxarmağa nail olub, eyni zamanda Almaniya kansleri Angela Merkelin qeyri-rəsmi məsləhətçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR