Azərbaycan əhalisi nağd avronun alışını artırıb

Azərbaycan əhalisi nağd avronun alışını artırıb
# 01 iyun 2012 11:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-mart ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 346,4 mln. avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 62,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə banklar tərəfindən əhalidən alınan nağd avronun həcmi isə son bir ildə 0,8% azalaraq 38,0 mln. avroya düşüb.

Beləliklə, nağd avro ilə əməliyyatların məcmu həcmi 384,4 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 52,5% çoxdur.

Azərbaycanda banklar tərəfindən nağd avronun daha çox satılması ilk növbədə Avropaya gedənlər tərəfindən avronun alınması ilə bağlıdır. Eyni zamanda, əhalinin sərəncamında nağd avro çox az qalır ki, nəticədə onun satış həcmi daha kiçikdir.

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan ötən il orta hesabla hər ay 113,5 mln. nağd avro alınıb və banklara 19,8 mln. avro satılıb. Bu il həmin göstəricilər müvafiq olaraq 115,5 mln. avro və 12,7 mln. avroya bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR