«Thames Insurance Group»un Direktorlar Şurası və İdarə Heyətində dəyişikliklər gözlənilir

«Thames Insurance Group»un Direktorlar Şurası və İdarə Heyətində dəyişikliklər gözlənilir
# 01 iyun 2012 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyun ayının 3-də «Thames Insurance Group»nun səhmdarlarının Bakıda növbəti illik toplantısı keçiriləcək.

Şirkətin İdarə Heyətinin sədri Samir Mustafayevin «APA-Economics»ə verdiyi məlumata görə, iclasda səhmdarlar tərəfindən cəmiyyətin yeni nizamnaməsinin təsdiqi, cəmiyyətin Direktorlar Şurası və İdarə Heyətində dəyişikliklər edilməsi, yeni səhm emissiyasının həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR