Azərbaycanda ilk 79 nəfər SSRİ banklarında qalmış əmanətlərini geri alıb

Azərbaycanda ilk 79 nəfər SSRİ banklarında qalmış  əmanətlərini geri alıb
# 01 iyun 2012 15:44 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “Kapitalbank”ın İdarə Heyətinin sədr müavini, birdəfəlik ödəmələr üzrə mərkəzin direktoru Araz Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün 65-i Bakıda olmaqla bankın 143 məntəqəsində ərizələrin qəbuluna başlanıb.

A.Əliyev qeyd edib ki, gün ərzində 1403 ərizə mərkəzə göndərilib: “Bu ərizələrdən 708-i üzrə ödəmələrin aparılmasına icazə verilib, 597 ərizəyə baxılır, 19 ərizə üzrə imtina cavabı verilib. İcazə verilən ərizələr üzrə məcmu ödəmələrin həcmi 48 994 manatdır. Bu gün ərzində 79 əmanətçi birdəfəlik ödəmələrini alıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR