İstanbulda beynəlxalq iqtisadi forum keçiriləcək

İstanbulda beynəlxalq iqtisadi forum keçiriləcək
# 02 iyun 2012 08:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. İyunun 4-6-da İstanbulda (Türkiyə) Yaxın Şərq, Şimali Afrika və Avrasiya üzrə Dünya İqtisadi Forumu keçiriləcək. APA-nın xəbərinə görə, forumda 70-dən artıq ölkəni təmsil edən bank, şirkət və təşkilat, hökumət, elmi və beynəlxalq təşkilatların rəsmi nümayəndələri, habelə Azərbaycan, Gürcüstan, İordaniya, Qırğızıstan, Tunis, Ukrayna və digər ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Toplantının açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək. Forum iştirakçıları region dövlətlərində sosial-iqtisadi vəziyyət, məşğulluq problemləri, texnoloji və sosial yeniliklər, ərəb inqilabından sonrakı siyasət, avrozonanın gələcəyi, sərt qənaət siyasəti, sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasiyası, Suriyadakı vəziyyət, həmçinin Türkiyənin bölgədəki rolu və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR