Barak Obama: “Avrozonadakı böhran ABŞ iqtisadiyyatına kölgə salır”

Barak Obama: “Avrozonadakı böhran ABŞ iqtisadiyyatına kölgə salır”
# 04 iyun 2012 10:36 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ iqtisadiyyatının bərpasına yanacaqğın baha olması və avrozonadakı problemlər mane olur. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, son iki ildə ABŞ-ın özəl sektorunda 4,3 mln. yeni iş yeri yaradılıb: “Amma yeni iş yerləri biz istəyən templə açılmır. Yanacağın baha olması bir çox amerikalıların cibinə zərbə vurub, avrozonadakı böhran isə ABŞ iqtisadiyyatına kölgə salmağa başlayıb”.

Prezident ABŞ Konqresindəki respublikaçıları məşğulluğun stimullaşdırılması üzrə tədbirlər paketinə səs verməyə çağırıb: “İndi siyasətlə məşğul olmaq, fəaliyyətsiz dayanmaq dövrü deyil. Amerika xalqı öz liderlərindən gərgin iş gözləyir”.

Qeyd edək ki, hazırda ABŞ-da işsizlik səviyyəsi 8,2%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR