«Azər-Türk Bank» nizamnamə kapitalını artırır

«Azər-Türk Bank» nizamnamə kapitalını artırır
# 04 iyun 2012 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Azər-Türk Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 618 828 ədəd, emissiyanın ümumi həcmi isə 618 828 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Azər-Türk Bank»ın artıq bu ay ərzində yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 5,31% artaraq 12,240 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Caspian Financial» MMC çıxış edəcək.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın nizamnamə kapitalı 11,624 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR