Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 65%, səhm bazarı isə 43% azalıb

Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 65%, səhm bazarı isə 43% azalıb
# 04 iyun 2012 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 4,764 mlrd. manat təşkil edib. Bu isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 48,2% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 64,8% azalaraq 94,232 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,5 dəfə azalaraq 25,798 mln. manat, istiqrazların təkrar bazarı isə 4,1 dəfə azalaraq 36,274 mln. manat təşkil edib. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı yanvar-may aylarında 3,4 dəfə azalıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 32,160 mln. manat təşkil edib və 2011-ci ilin analoji dövrünə nisbətən bu göstərici 43,1% azalıb. Səhmlərin ilkin bazarı 43,7%, təkrar bazarı isə 36% azalıb.

Korporativ qiymətli kağızlar bazarı

Bazarın seqmentləri

Yanvar-may (2012)

Yanvar-may (2011)

Nisbət (%)

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

25 797 584,00

40

64 046 585,00

43

-2,5 dəfə

Korporativ istiqrazlar (təkrar bazar)

36 273 756,30

22

146 959 040,39

42

-4,1 dəfə

Kİ bazarı cəmi

62 071 340,30

62

211 005 625,39

85

-3,4 dəfə

Səhmlər (yerləşdirmə)

29 467 476,35

34

52 349 232,00

80

-43,7%

Səhmlər (təkrar bazar)

2 692 892,09

1 489

4 208 516,14

1 212

-36%

Səhm bazarı cəmi

32 160 368,44

1 523

56 557 748,14

1 292

-43,1%

KQK bazarı cəmi

94 231 708,74

1 585

267 563 373,53

1 377

-64,8%



Bu ilin yanvar-may aylarında BFB-nin dövriyyəsinin müsbət dinamikasına dövlət qiymətli kağızları (DQK), əsasən də notlar üzrə repo əməliyyatları səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının həcmi cari ilin ilk beş ayı ərzində 2011-ci ilin analoji dövrünə nisbətən 58,5% artıb. Notların ilkin bazarı 29,8%, təkrar bazarı isə 2,3 dəfə artıb. Notların cəmi bazarı 30,7% çoxalıb. Eyni zamanda, hesabat dövründə notlar üzrə repo əməliyyatları 73,4% artaraq 4,146 mlrd. manata çatıb. Yanvar-may aylarında dövlət istiqrazları (Dİ) bazarında əqdlər bağlanılmayıb. Ümumiyyətlə, DQK bazarı hesabat dövründə 58,5% artaraq 4,670 mlrd. manatdan çox olub.

Dövlət qiymətli kağızları bazarı

Bazarın seqmentləri

Yanvar-may (2012)

Yanvar-may (2011)

Nisbət (%)

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Dİ (AMN) (yerləşdirmə)

0,00

0

140 552 321,75

84

0,00%

Dİ (AMN)
(təkrar bazar)

1 325 851,92

2

14 222 417,18

18

9,32%

Dİ bazarı cəmi

1 325 851,92

2

154 774 738,93

102

0,86%

Notlar (AMB) (yerləşdirmə)

514 345 156,21

124

396 340 896,29

141

129,77%

Notlar (AMB)
(təkrar bazar)

8 277 697,58

5

3 556 081,09

2

232,78%

Not bazarı cəmi

522 622 853,79

129

399 896 977,38

143

130,69%

Repo əməliyyatları

4 145 934 154,73

567

2 391 687 193,30

494

173,35%

DQK bazarı cəmi

4 669 882 860,44

698

2 946 358 909,61

739

158,50%


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR