Bakı Banklararası Valyuta Birjasında mayda ticarət dövriyyəsi 1,8 dəfə artıb

Bakı Banklararası Valyuta Birjasında mayda ticarət dövriyyəsi 1,8 dəfə artıb
# 05 iyun 2012 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin may ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 41 alqı-satqı əqdi qeydə alınıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

Hesabat ayında valyuta bölməsində USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 76,316 mln. manat və ya dollar ekvivalentində 97,143 mln. dollar təşkil edib ki, bu da əvvəlki aya nisbətən 78,5%, ötən ilin may ayı ilə müqayisədə isə 80,9% çoxdur.

Hesabat ayında Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,626 mln. dollara çatıb, hər əqdin orta həcmi 2,369 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR