Ötən ay Azərbaycanda 8 mln. manat ipoteka krediti verilib

Ötən ay Azərbaycanda 8 mln. manat ipoteka krediti verilib
# 05 iyun 2012 09:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin may ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 7,92 mln. manat ipoteka krediti verilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, nəticədə bu ilin 5 ayı ərzində verilən ipoteka kreditlərinin məbləği 30,92 mln. manata çatıb.

Ümumilikdə ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 376,46 mln. manata çatıb. Nəticədə 2012-ci il iyunun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 41,4 manata çatıb. Müqayisə üçün bildirək ki, bir ay əvvəl bu rəqəm 41 manat idi.

Mayda AİF tərəfindən 6,62 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə ilk 5 ay ərzində yenidən maliyyələşdirilən kreditlərin həcmi 33,150 mln. manata çatıb. İndiyədək verilən ipoteka kreditlərinin 294,12 mln. manatı və ya 78,12%-i təkrar maliyyələşdirilib. İlk 5 ayda İpoteka Fondu 17 mln. manatlıq istiqraz buraxıb.

Qeyd edək ki, əvvəlki aylarda olduğu kimi, may ayında da dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR