Azərbaycan Beynəlxalq Bankı resursların idarə edilməsini avtomatlaşdırır

Azərbaycan Beynəlxalq Bankı resursların idarə edilməsini avtomatlaşdırır
# 05 iyun 2012 11:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı Rusiyanın “Naumen” şirkətinin “Naumen Service Desk” həllinin bazasında resursların idarə edilməsi modulunun tətbiqini başa çatdırır. “APA-Economics”in məlumatına görə, bunu bankın İnformasiya və kommunikasiya texnologiyalarının departamentinin texniki dəstək şöbəsinin müdiri Həmid Nuriyev bildirib.

ABB “Naumen Service Desk” həllinin bazasında olan ITIL (Information Technologies Infrastructure Library) proseslərini ölkədə tətbiq edən yeganə bankdır. “ITIL prosesləri xidmətlərin bütün sahələrində tətbiq oluna bilər. Bu ilin sonuna kimi bankın inzibati-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması proseslərinin başa çatdırılması planlaşdırılır. Beləliklə, “Naumen Service Desk” bazasında tək texniki məsələlər deyil, həm də inzibati-təsərrüfat məsələlərinin avtomatik uçotu tətbiq olunacaq”, - deyə H.Nuriyev bildirib.

H.Nuriyevin sözlərinə görə, bu proqram məhsulunun bir sıra üstünlükləri var: “O cümlədən burada ətraflı hesabatlar hazırlanır ki, onlar vasitəsilə fəaliyyətin statistik təhlil aparılır və bankın biznes-proseslərinin şəffaflığı təmin edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR