Azərbaycanda dolların birja məzənnəsi mayda 0,09% enib

Azərbaycanda dolların birja məzənnəsi mayda 0,09% enib
# 05 iyun 2012 12:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin may ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 0,09% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7855 AZN-dən 0,7848 AZN-dək enib. Nəticədə milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,7856 AZN-ə bərabər olub.

Qeyd edək ki, aprel ayında bu göstərici 0,7858 AZN təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR