Azərbaycan mühasibat uçotu sahəsinə dair beynəlxalq konfransda iştirak edib

Azərbaycan mühasibat uçotu sahəsinə dair beynəlxalq konfransda iştirak edib
# 05 iyun 2012 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Vyanada (Avstriya) fəaliyyət göstərən Dünya Bankının Mühasibat uçotu və Hesabatlılıq Sahəsində İslahatlar Mərkəzinin təşkilatçılığı ilə «Avropaya doğru - Mühasibat uçotu sahəsində islahatlar və institusional inkişaf» (REPARIS) proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib.

Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edən konfransın işində Azərbaycanın maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin rəhbərliyi ilə Maliyyə Nazirliyinin nümayəndə heyəti də iştirak edib.

Mühasibat uçotu sahəsində aparılan islahatların müzakirə olunduğu konfransda Azərbaycanda bu istiqamətdə görülən işlər və nəzərəçarpan inkişaf yüksək qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR