Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi son bir ildə 29% azalıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi son bir ildə 29% azalıb
# 05 iyun 2012 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 305,181 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 125,406 mln. manat və ya 29,1% azalıb. Belə ki, ötən ilin yanvar-may ayları ərzində əməliyyatların həcmi 430,587 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin may ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi 76,316 mln. manat təşkil edib. Bu isə aylıq müqayisədə 78,5%, illik müqayisədə 80,9% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR