«Royal Bank» nizamnamə kapitalını artırır

«Royal Bank» nizamnamə kapitalını artırır
# 05 iyun 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Royal Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 2 mln. ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 1,8% artaraq 22,538 mln. manata çatacaq.

Qeyd edək ki, «Royal Bank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 22,138 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR