«Texnikabank» daha bir pulköçürmə sisteminə qoşulub

«Texnikabank» daha bir pulköçürmə sisteminə qoşulub
# 05 iyun 2012 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC «IBA-Express» pulköçürmə sisteminə qoşulub.

«Texnikabank»dan «APA-Economics»ə verilən məlumata görə, bu sistem vasitəsilə bankla Azərbaycan Beynəlxalq Bankının törəmə bankları olan «ABB-Moskva» və «ABB-Gürcüstan» arasında pulköçürmələrini həyata keçirmək mümkündür.

«IBA-Express» pulköçürmə sistemi üzrə tarif dərəcələrinə əsasən, 300 dollar, avro və 9000 rubla qədər köçürmələrə müvafiq olaraq 3 dollar, avro və 90 rubl, 300-dən 500 min dollar, avro və 15 mln. rubla qədər köçürmələrə isə 1% komisyon haqqı tutulur.

Bankdan bildirilib ki, yaxın vaxtlarda «Texnikabank» Türkiyənin qabaqcıl köçürmə sistemlərindən biri olan UPT (Ucuz Para Transferi) pul köçürmə sisteminə qoşulacağı da nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bank «IBA-Express»lə yanaşı, «Western Union», «Migom», «Contact», «Private Money», «Blizko», «Bıstraya Pocta», «Lider», «Allure», «Faster», «Caspian Money Transfer», «Zolotaya Korona» və «Xpress Money» sistemlərinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 770 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR