Bakıda MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçiriləcək

Bakıda MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçiriləcək
# 05 iyun 2012 14:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyunun 6-8-də Bakıda MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclası keçiriləcək.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı iştirakçı dövlətlərin vergi orqanlarının fəaliyyətlərinin əsas göstəriciləri, kiçik sahibkarlıq subyektləri tərəfindən xüsusi vergi rejimlərinin tətbiqi, əmlak vergisinin inzibatçılıq prosedurlarının sadələşdirilməsi məsələləri müzakirə ediləcək.

Tədbirdə həmçinin MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmiş yubiley mərasimində Koordinasiya Şurasının iştirakı, azad ticarət zonası haqqında saziş, MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2009-2011) həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının yerinə yetirilməsi və digər məsələlərlə bağlı məlumat mübadiləsi aparılacaq.

Koordinasiya Şurasının iclasında MDB iştirakçısı olan dövlətlərdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna vergi xidmətlərinin, həmçinin müşahidəçi qismində Latviya, Litva və Koreya vergi orqanlarının rəhbər vəzifəli şəxslərinin və MDB İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı gözlənilir.

Bakıda keçiriləcək iclas zamanı Şuraya sədrlik rotasiya prinsipinə uyğun olaraq növbəti bir il üçün Azərbaycan Vergilər Nazirliyinə keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR