«DəmirBank» xaricdən 3 mln. dollarlıq kredit cəlb edir

«DəmirBank» xaricdən 3 mln. dollarlıq kredit cəlb edir
# 06 iyun 2012 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank»ı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 3 mln. ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 5 il müddətinə imzalanan kredit müqaviləsinə əsasən, tərəflər Azərbaycanda orta həcmli sahibkarlığın birgə maliyyələşdirilməsini həyata keçirə biləcək. Bu müqavilə üzrə AYİB hər bir layihənin 50%-dək dəyərində birbaşa maliyyələşdirməni həyata keçirir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bank 1998-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edir, 2005-ci ildən isə AYİB «DəmirBank»ın səhmdarıdır. «Bu günədək müxtəlif proqramlar üzrə əməkdaşlıq edərək, 11 müqavilə imzalamışıq. Bankda həyata keçirilən texniki dəstək proqramları, «SAP for Banking» proqram təminatının tətbiqi və sair sahələrdə AYİB-nın dəstəyi bizim üçün mühüm əhəmiyyətə malikdir», - deyə sədr müavini bildirib.

Xatırladaq ki, bank 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda «DəmirBank»ın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR