«Parabank»da əmanət yerləşdirənlər 1% bonus əldə edəcək

«Parabank»da əmanət yerləşdirənlər 1% bonus əldə edəcək
# 06 iyun 2012 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-də əmanət yerləşdirənlər 1% bonus əldə edəcəklər.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyun ayının 1-dən avqust ayının 31-nə kimi bir il və bir ildən yuxarı müddətdə 30 min manat, avro və ABŞ dollarında əmanət yerləşdirən yeni müştərilərə əmanətin 1%-i məbləğində bonus veriləcək.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR