Asiya İnkişaf Bankının üç missiyası Bakıya gələcək

Asiya İnkişaf Bankının üç missiyası Bakıya gələcək
# 07 iyun 2012 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) mayın 29-da işinə başlayan Müstəqil Missiyası bankın maliyyələşdirdiyi layihələrin Qiymətləndirmə Hesabatını hazırlayır.

Bankın Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, qiymətləndirmə üzrə mütəxəssis Rajeş Vasudevanın rəhbərlik etdiyi missiya İqtisadi İnkişaf, Nəqliyyat nazirliklərində, “Azəryolservis”, “Azərenerji”, “Azərsu”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərində görüşlər keçirib.

Onlar həm də Gəncədə AİB-in maliyyələşdirdiyi layihələrlə tanış olub. Bu missiya iyunun 5-də başa çatıb.

Növbəti - təhlükəsizlik məsələlərinin yoxlanması missiyası Azərbaycanda iyunun 21-26-da olacaq. Onun əsas vəzifəsi yol şəbəkəsinin inkişafı proqramını, ətraf mühit və məcburi köçürülmə təminat tələblərini yoxlamaq və gələcək layihələrdə, təlimlərdə istifadə oluna biləcək sənədləşmə aparmaqdır. Missiyaya sosial inkişaf mütəxəssisi Ralf Starkloff rəhbərlik edir. Onlar layihələri həyata keçirən agentliklərin nümayəndələri, məsləhətçilərlə görüşəcək, layihələrin həyata keçirildiyi yerlərə baş çəkəcək və əhali ilə söhbətlər aparacaqlar.

Üçüncü missiya isə iyunun ikinci yarısında Bakıda olacaq. Qiymətləndirmə mütəxəssisi Kapil Sukralın rəhbərlik etdiyi missiya çoxtranşlı maliyyə obyektlərində layihələrin həyata keçirilməsini yoxlayacaq.

Nəqliyyat mütəxəssisi Reddy Basula Balabhaskaranın rəhbərlik etdiyi sonuncu missiya isə yol sektorunda yeni layihələrin mümkünlüyünü təhlil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR