Azərbaycan Beynəlxalq Bankı “Avtomatik ödəniş” xidmətini təqdim edib

Azərbaycan Beynəlxalq Bankı “Avtomatik ödəniş” xidmətini təqdim edib
# 07 iyun 2012 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı fiziki şəxslərin hesablarından bir sıra daimi ödənişlərin avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə imkan verən “Avtomatik ödəniş” xidmətini təqdim edib.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2012-ci ildə həmin xidmətə qoşulmaq pulsuzdur və ilin sonuna kimi xidmət çərçivəsində ödənişlər üzrə komisyon haqları tutulmayacaq.

Yeni xidmət müştərilərin müntəzəm ödənişlər prosesini asanlaşdıracaq. Belə ki, xidmətə qoşulandan sonra hər dəfə banka müraciət etmək zərurəti olmayacaq və ödənişlər avtomatlaşdırılmış rejimdə aparılacaq.

Əlavə məlumata almaq üçün bankın Məlumat Mərkəzinə həftənin 7 günü, günün 24 saatı ərzində müraciət etmək olar (tel: 012 437-79-00). Mobil operator abonentləri isə “*BANK (*2265)” yığmaqla Mərkəzlə əlaqə yarada bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR