«Meqa Sığorta» şirkətinin səhmlərinin yerləşdirilməsi başlayıb

«Meqa Sığorta» şirkətinin səhmlərinin yerləşdirilməsi başlayıb
# 07 iyun 2012 13:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu Bakı Fond Birjasında «Meqa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 600 ədəd, emissiyanın ümumi həcmi isə 3 mln. manat təşkil edir.

«Meqa Sığorta»nın səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Çelsi Kapital» şirkəti çıxış edir. Yerləşdirmə BFB vasitəsilə keçiriləcək və başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 42,9% artaraq 10 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti bundan öncə «BE&G» sığorta adı ilə fəaliyyət göstərib. Şirkət 1998-ci ildə «Naxçıvan Sığorta» brendi ilə yaradılıb və 2001-ci ildə adını «BE&G»yə dəyişdirib. Şirkətin hazırkı nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR