Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 80% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 80% artıb
# 07 iyun 2012 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 129 xarici dövlətlə ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 15 265,7 mln. ABŞ dolları təşkil edib. Bunun 2 901,8 mln. dolları idxalın, 12 363,9 mln. dolları ixracın payına düşüb və nəticədə 9 462,1 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-aprel aylarına nisbətən xarici ticarət dövriyyəsinin həcmi 42,4%, o cümlədən ixrac 54,5%, idxal 6,8%, müsbət saldo isə 79% artıb

«Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (84,8%-i) İtaliya, Fransa, İndoneziya, İsrail, Almaniya, ABŞ, Türkiyə, Rusiya, Hindistan, Çin, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Sinqapur, Yunanıstan, Portuqaliya və Malayziya dövlətləri ilə aparılıb», - deyə Komitədən bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR