Azərbaycanda pərakəndə ticarətin həcmi 9% artıb

Azərbaycanda pərakəndə ticarətin həcmi 9% artıb
# 08 iyun 2012 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6,8 mlrd. manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istehlak mallarının 871,2 mln. manatı hüquqi şəxslərin, 3,1 mlrd. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 2,8 mlrd. manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub: «Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 mlrd. manatı ərzaq məhsullarının, 2,9 mlrd. manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub».

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində elektron ticarətin həcmi 498,3 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR