Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri may ayında azalıb

Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri may ayında azalıb
# 08 iyun 2012 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,1%, sərnişindaşıma tarifləri isə 0,6% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,5%, tranzit üzrə 4,3%, ixrac üzrə 3,5%, yerli əlaqə üzrə 0,7% ucuzlaşıb: «Dəmir yolu nəqliyyatı vasitəsi ilə MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,1% bahalaşıb».

Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,9% azalıb. Digər xarici ölkələrə sərnişindaşıma tarifləri 1,8% azalıb, MDB ölkələrinə isə 5,4% artıb.

Boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 2,8% və 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR