Azərbaycanda MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclası keçirilir - FOTO - VİDEO

Azərbaycanda MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclası keçirilir - <font color=red>FOTO - VİDEO</font>
# 08 iyun 2012 09:53 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Koordinasiya Şurasının iclasında MDB iştirakçısı olan dövlətlərdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna vergi xidmətlərinin, həmçinin müşahidəçi qismində Latviya, Litva və Koreya Respublikalarının vergi orqanlarının vəzifəli şəxsləri və MDB İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri iştirak edir.

MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri, Ukrayna Dövlət Vergi xidmətinin sədri Aleksandr Klimenko qurumun ötən bir il ərzində fəaliyyəti haqda məlumat verib, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov bu tədbirin tərəflər arasında əlaqələrin, tədbirin gündəliyi çərçivəsində qəbul olunmuş qərarların isə onlar arasında əməkdaşlığın inkişafına güclü təkan verəcəyinə inandığını bildirib.

Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlardan danışan S. Ələkbərov bildirib ki, ölkədə dövlət müstəqilliyinin bərpasından keçən 20 il ərzində planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidlə bağlı çox uğurlu layihələr həyata keçirilib. Özəl sektorun ümumi daxili məhsulda payı 80%-i ötüb, 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 120 mlrd. dollardan, o cümlədən neft sektoruna 50 mlrd. dollardan artıq investisiya qoyulub.

S. Ələkbərov son 8 ildə ümumi daxili məhsulun və sənaye istehsalının 3 dəfə artdığını, yoxsulluq səviyyəsinin 49%-dən 7,6%-ə endiyini, bir milyondan çox yeni iş yerinin açıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda reallaşdırılan layihələr ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır, beynəlxalq maliyyə institutları ölkəmizdə görülən işləri dəstəkləyir. Son illər ərzində “Standard&Poor’s”, “Fitch” və “Moody’s” beynəlxalq reytinq agentlikləri dəfələrlə ölkənin maliyyə reytinqini yüksək qiymətləndirib.

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərə toxunan S.Ələkbərov kosmik sənayenin qurulması, e-hökümətin tətbiqi sahəsində əldə olunan uğurlar barədə də məlumat verərək qeyd edib ki, növbəti 10 ildə hökumət qarşısında qoyulmuş başlıca vəzifə son 8 ildə 3 dəfə artmış ümumi daxili məhsulun daha 2 dəfə artırılmasına nail olmaqdır.

İclasda iştirakçı dövlətlərin vergi orqanlarının fəaliyyətlərinin əsas iqtisadi göstəriciləri, kiçik sahibkarlıq subyektləri tərəfindən xüsusi vergi rejimlərinin tətbiqi, əmlak vergisinin inzibatçılıq prosedurlarının sadələşdirilməsi və digər məsələlər müzakirə edilib.

Tədbirdə həmçinin MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının yerinə yetirilməsi və sair məsələlərlə bağlı məlumat mübadiləsi aparılıb.

Şuraya sədrlik rotasiya qaydasında növbəti bir il üçün Ukraynadan Azərbaycana keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR