Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvlərinin sayı artır

Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvlərinin sayı artır
# 08 iyun 2012 11:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) daha bir kredit ittifaqı üzv olub.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, yeni kredit ittifaqı Lənkəranda qeydiyyatdan keçmiş AFC kredit ittifaqıdır. Bununla da quruma üzv olan kredit ittifaqlarının sayı 2-yə, ümumilikdə isə üzvlərin sayı 28-ə çatıb.

J.Hacıyeva bildirib ki, üzvlüklə bağlı AMA-ya daha bir kredit ittifaqı müraciət edib. Yaxın günlərdə qurumun İdarə Heyətinin iclasında ittifaqın AMA-ya üzvlüyü təsdiqlənəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR