Ukrayna Dövlət Vergi xidmətinin sədri: “Transmilli kapital vergi orqanlarından koordinasiyalı fəaliyyət göstərməyi tələb edir”

Ukrayna Dövlət Vergi xidmətinin sədri: “Transmilli kapital vergi orqanlarından koordinasiyalı fəaliyyət göstərməyi tələb edir”
# 08 iyun 2012 11:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bakıda MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclasında son bir ildə vergi xidmətləri tərəfindən tətbiq olunan yeniliklər, birgə qərarları tələb edən problemli məsələlər müzakirə edilir, eləcə də təcrübə mübadiləsi aparılır. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri, Ukrayna Dövlət Vergi xidmətinin sədri Aleksandr Klimenko bildirib.

«Müasir dünyada heç bir vergi xidməti təkbaşına - digər qurumlarla əlaqəsi olmadan işləyə bilməz. Biz artıq başa düşürük ki, transmilli kapital və transmilli şirkətlərin fəaliyyəti ayrı-ayrı ölkələrin vergi orqanlarından birgə, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməyi, təcrübə və informasiya mübadiləsi aparmağı tələb edir», - deyə A.Klimenko bildirib.

Onun sözlərinə görə, hazırda vergi orqanların qarşısında duran əsas məsələ vergi ödəyicilərinə yüksək səviyyəli xidmətin təşkili və bunun nəticəsi olaraq büdcə yığımlarını təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR