“DəmirBank” fəaliyyətini avtomatlaşdırır

“DəmirBank” fəaliyyətini avtomatlaşdırır
# 08 iyun 2012 12:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın “DəmirBank” ASC Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq “SAP for Banking” proqram təminatının tətbiqini uğurla davam etdirir. Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Evolution” adlandırılan layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə həyata keçirilir, “PriceWaterhouseCoopers” isə layihəni icra edən məsləhətçi şirkətdir.

“Evolution” layihəsi yalnız İT sahəsinə deyil, bütünlükdə biznes transformasiyasını əhatə edir. Müxtəlif modulların (Hesabların İdarə Edilməsi, Xəzinədarlıq, Ödəniş Sistemləri, Kredit, Təminat, İnsan Resursları, Müştərilərlə Əlaqələrin İdarə Edilməsi) tətbiqi istiqamətində geniş işlər aparılıb və bir sıra modullar qismən tətbiq edilib. Qeyd edək ki, “CommerzBank”, “DeutscheBank” kimi dünyanın bir çox aparıcı bankları da bu proqram təminatından istifadə edir.

“DəmirBank” IT infrastrukturun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədləri ilə ötən il həmçinin “İT infrastrukturun yenilənməsi” layihəsini həyata keçirib. Layihə çərçivəsində yeni müasir server və işçi avadanlıqları quraşdırılıb, şəbəkə avadanlıqları və kabel şəbəkəsi yenilənib, İP telefoniya tətbiq edilib, proqram təminatı və İT təhlükəsizlik, eləcə də digər istiqamətlərdə geniş işlər həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR