Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları may ayında azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları may ayında azalıb
# 08 iyun 2012 12:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2012-ci ilin iyunun 1-nə 10 891,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin iyunun 1-nə nisbətən 3 993,1 mln. dollar və ya 57,9% çoxdur.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda may ayında AMB-nin rəsmi valyuta ehtiyatları 59,8 mln. dollar və ya 0,6% azalıb:




May ayında azalmanın əsas səbəbi kimi həmin dövrdə dolların avroya qarşı möhkəmlənməsini və nəticədə valyuta ehtiyatlarının avroda olan hissəsinin dollar ifadəsində müəyyən dərəcədə dəyərsizləşməsini qeyd etmək olar.

Xatırladaq ki, dekabr ayı ərzində valyuta ehtiyatların həcmi 3,454 mlrd. dollar və ya 49,2% artıb. Bu artım Mərkəzi Bank tərəfindən dekabr ayında bazardan valyuta vəsaitlərinin iri həcmində alınması ilə əlaqədar olub. Göründüyü kimi, bu ilin 5 ayı ərzində artım tempi kəskin azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR