Azərbaycanda sovet dövründən qalmış əmanətlər üzrə bir həftə ərzində 4 mln. manata yaxın birdəfəlik ödəniş edilib

Azərbaycanda sovet dövründən qalmış əmanətlər üzrə bir həftə ərzində 4 mln. manata yaxın birdəfəlik ödəniş edilib
# 08 iyun 2012 13:07 (UTC +04:00)
Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu müraciətlərdən 28 140-ı məntəqələrdən bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə təqdim edilib. Bunlardan 16 570 müraciət üzrə Mərkəz tərəfindən müsbət qərar qəbul olunub.

Göstərilən müddət ərzində 6 200 əmanətçiyə ümumilikdə 3 904 000 manat məbləğində fərdi birdəfəlik ödəmə verilib.

İtmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə bu müddətdə banka daxil olan müraciətlərin sayı isə 1 142 olub.

Müraciətlərin çoxluğunu nəzərə alaraq “Kapital Bank”ın xidmət məntəqələri şənbə günü iyunun 9-da da işləyəcək. Həmin gün müraciətlərin qəbulu deyil, ancaq ödəmələrin verilməsi həyata keçiriləcək. Belə ki, indiyə qədər sənədlərini banka təqdim etmiş əmanətçilər sabah günün birinci yarısında “Kapitalbank”ın xidmət məntəqələrindən fərdi birdəfəlik ödəməni ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR