«Paşa Bank» nizamnamə kapitalını artırır

«Paşa Bank» nizamnamə kapitalını artırır
# 11 iyun 2012 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 15,7 min manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 157 mln. manat təşkil edir. Emissiya «Paşa Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 13 686,94 manat olan 10 min ədəd və 136 869 400 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 14,7% artaraq 157 mln. manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 136 869 400 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR